İntensiv yağış yağacaq - HAVA PROQNOZU

saytların hazırlanması

Evə çatdırılma

İntensiv yağış yağacaq - HAVA PROQNOZU

Sosial

07 Yanvar 2025 12:15 360


Bakıda və Abşeron yarımadasında yanvarın 8-də bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir.

Yenisabah.az Milli Hidrometeorologiya Xidmətinə istinadla xəbər verir ki, yarımadanın ayrı-ayrı yerlərində intensivləşəcəyi ehtimalı var.

Yağıntılar gündüz tədricən kəsiləcək, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-11° isti olacaq. Dördpendirli pizza

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək.

Nisbi rütubət 75-85 % olacaq.

Sabah Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1° şaxtadan 4° isti, gündüz 7-12° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!