İordaniya kraliçası: Qərb liderlərinin ikili standartları var

saytların hazırlanması

Evə çatdırılma

İordaniya kraliçası: Qərb liderlərinin ikili standartları var

Dünya

25 Oktyabr 2023 10:28 418


İordaniya kraliçası Raniya Qərb liderlərini açıq-aşkar ikili standartlarda ittiham edib.

Yenisabah.az SNN-ə istinadla xəbər verir ki, o, Qəzza zolağında İsrailin bombardmanları nəticəsində mülki əhalinin ölümünü pisləmədiklərini əsas gətirib.

Kraliça bildirib: “İordaniya da daxil olmaqla, Yaxın Şərqdəki insanlar dünyanın baş verən fəlakətə reaksiyasından sadəcə şoka düşüb və məyus olublar. Son bir neçə həftə ərzində dünyada açıq-aşkar ikili standartların şahidi olduq”. Toyuqlu pizza

“Oktyabrın 7-də dünya dərhal və birmənalı olaraq İsraili və onun özünümüdafiə hüququnu dəstəklədi və baş verən hücumu pislədi. Amma son bir neçə həftədə dünyada sükut görürük. Müasir tarixdə ilk dəfədir ki, insanlar belə əzab çəkirlər və dünya hətta atəşkəsə çağırmır. Yəni burada açıq-aydın ikili standart var. Bu, ərəb dünyası üçün sadəcə şokdur”, - deyə kraliça Raniya əlavə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!