İradə Cem Yılmazın təklifindən boyun qaçırıbmış

saytların hazırlanması

Evə çatdırılma

İradə Cem Yılmazın təklifindən boyun qaçırıbmış

Şou

05 May 2023 18:05 768


Uzun müddətdir ailəsi ilə birgə Türkiyədə yaşayan tanınmış müğənni İradə İbrahimova Cem Yılmazın film təklifini geri çevirməsindən danışıb. 

Yenisabah.az Olay-a istinadla xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” proqramında söhbət açıb.

İfaçı bildirib ki, vaxtı ilə aktyorlar Cem Yılmaz və Zafer Algöz onu öz filminə çəkmək istəyib, lakin bu baş tutmayıb: Dördpendirli pizza

“Cem Yılmaz və Zafer Algöz mənə dedilər ki, bir yer təşkil edək, sən orada canlı ifa et. Ceyhun (əri Ceyhun İzər – red.) dedi ki, get, oxu. Sağ olsun, o, sənətçinin qarşısını kəsməyin doğru olmadığını bilir. 

Ceyhun mənə qadağa qoymadı. Sadəcə, o zamanlar yeni ana olmuşdum, kənara çəkildim və özümə gəlməli idim. Amma indi də məndə bir az passivlik var. Hər zaman özümü bir qədər arxaya çəkirəm. Sənət dostlarım da deyir ki, İradə, Türkiyəni qoy orada, gəl Azərbaycana".

Qeyd edək ki, İradə İbrahimovanın "Neyləyək" mahnısını Cem Yılmaz və Zafer Algöz "Ali baba və 7 cücələr" filmində səsləndiriblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!