İran ABŞ-a sanksiya tətbiq edəcək

saytların hazırlanması

Evə çatdırılma

İran ABŞ-a sanksiya tətbiq edəcək

Dünya

09 Dekabr 2021 14:35 717


İran hakimiyyəti ABŞ şirkətləri və vətəndaşlarının sanksiya siyahısı hazırlamaq niyyətindədir.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bu təşəbbüsü məhkəmə hakimiyyətinin (Ali Məhkəmə) beynəlxalq məsələlər və insan haqları üzrə məhkəmə şöbəsinin müdir müavini Kazem Qəribabadi açıqlayıb.

Onun sözlərinə görə, ABŞ-ın İrana qarşı sanksiyaları və İrana maksimum təzyiq siyasəti uğursuzdur:  pizza sifarişi

“ABŞ siyasi məqsədlərinə çatmaq üçün sanksiyalardan istifadə edir. Yaxın vaxtlarda biz ciddi insan haqları pozuntularında iştirak edən ABŞ təşkilatlarının və şəxslərin siyahısını dərc edəcəyik. İran bu şəxslərə və strukturlara qarşı sanksiyalar tətbiq edəcək”.

Dekabrın 7-də ABŞ Maliyyə Nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib. Bu dəfə o, 7 iranlı şəxsi və ölkənin iki hüquq-mühafizə orqanını əhatə edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!