İran Birləşmiş Ştatlar ilə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası və Tehrana qarşı sanksiyaların ləğvi ilə bağlı danışıqlar üçün diplomatik kanalları açıq saxlayır.
Yenisabah.az EFE-yə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani bildirib.
O əlavə edib ki, Tehran və Vaşinqton arasında dolayı danışıqlar artıq baş tutub və lazım gəldikdə detalları açıqlayacağına söz verib. Pepperoni pizza
Kənani deyib ki, Tehran 2024-cü ilin mayında vəfat edən keçmiş İran prezidenti İbrahim Rəisinin qoyduğu təməl sayəsində “gələcək danışıqlar üçün yaxşı vəziyyətdədir”.
Sözçü vurğulayıb: “Seçilmiş hökumət bu nailiyyətləri, xüsusən də İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı danışıqlarda əldə etdiyi nailiyyətlərə əsaslanacaq”.
Telegram kanalımız