“İran ABŞ-la məhkumların mübadiləsinə hazırdır“   - Xətibzadə

saytların hazırlanması

Evə çatdırılma

“İran ABŞ-la məhkumların mübadiləsinə hazırdır“ - Xətibzadə

Dünya

24 Yanvar 2022 17:29 553


"İran tərəfi ABŞ-la məhbusların mübadiləsinə dair razılığın əldə olunmasını istisna etmir, lakin bu məsələ nüvə sazişindən ayrı müzakirə olunmalıdır".

Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə bildirib.

“ABŞ həbsxanalarında olan İran vətəndaşlarının vəziyyətinə gəlincə, biz ilk gündən bu məsələ ilə bağlı narahatlığımızı bildirdik. Bu mövzu gündəmimizdə qalır, lakin təbii ki, məhkumların  mübadiləsi və nüvə sazişinə qayıdış fərqli məsələlərdir”, - deyə Xətibzadə qeyd edib. Toyuqlu pizza

Diplomat əlavə edib ki, qarşı tərəf istək nümayiş etdirirsə, o zaman hər iki məsələ üzrə razılıq ən qısa zamanda mümkündür.

Bundan əvvəl Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Robert Malli Reuters agentliyinə müsahibəsində bildirib ki, İran tərəfi 4 ABŞ vətəndaşını azad etməsə, Vaşinqton çətin ki, Tehranla nüvə sazişi bağlasın. Amerikalıların fikrincə, İslam Respublikası bu insanları girov saxlayır.

Buna cavab olaraq İranın dövlət agentliyi İRNA bildirib ki, Amerika tərəfinin bu cür bəyanatları yalnız razılaşmanın əldə olunmasını çətinləşdirir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!