İran DİN: Seçkilər təhlükəsiz şəraitdə keçir

saytların hazırlanması

Evə çatdırılma

İran DİN: Seçkilər təhlükəsiz şəraitdə keçir

Dünya

05 İyul 2024 17:51 690


"Bu ana qədər hesabatlar seçkilərin nizamlı və tam təhlükəsizlik şəraitində keçirildiyini göstərir. Ümid edirik ki, səsvermənin sonuna, həm də səslərin hesablanması və seçilmiş prezidentin elan edilməsinə  qədər bütün ölkədə eyni nizam və təhlükəsizliyin şahidi olacağıq".

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın daxili işlər naziri Əhməd Vəhidi deyib.

O əlavə edib: "Kimin hansı siyasi cinahda olmasının fərqi yoxdur. Seçkidən sonra yaranacaq həssaslıqlara əsasən ifrat əməllərdən çəkinilməlidir". Sezar pizza

Xatırladaq ki, seçki prosesi 18.00-da tamamlanır. 14-cü prezident seçkilərinin ikinci turunda Məsud Pezeşkian və Səid Cəlili yarışır. Qalib İranın sayca 9-cu prezidenti olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!