İran əsilli qadın kosmik missiyaya rəhbər təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

İran əsilli qadın kosmik missiyaya rəhbər təyin edildi

Dünya

25 Mart 2022 10:28 516


İran əsilli Yasmin Moqbeli "SpaceX" missiyasına rəhbər təyin olunub.

Yenisabah.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

Kosmik "SpaceX" missiyası üçün iki astronavtın seçilməsində NASA Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq edib. Marqarita pizza

Açıqlamaya görə, əməliyyata komandanlıq etmək üçün iranlı astronavt Yasmin Moqbeli seçilib və əməliyyatın pilotu avropalı astronavt Andreas Morqensen olacaq.

Komandaya daha iki əməliyyat mütəxəssisi əlavə olunacaq, lakin onların seçim prosesi hələ yekunlaşmayıb.

Missiyanın 2023-cü ildə Floridadakı Kennedi Kosmik Mərkəzindən həyata keçirilməsi planlaşdırılır.

Bu, 2017-ci ildən NASA-ya qoşulan Yasmin Moqbelinin kosmik missiyada ilk təcrübəsidir.

Yasmin həm də iki əkiz qız anasıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!