İran hərbi gəmisi Qırmızı dənizdə quldurlarla savaşdı

saytların hazırlanması

Evə çatdırılma

İran hərbi gəmisi Qırmızı dənizdə quldurlarla savaşdı

Dünya

10 Avqust 2022 15:25 1119


İran donanması Qırmızı dənizdə ticarət gəmisini dəniz quldurlarının hücumundan xilas edib.

Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri komandanının müavini admiral Mostafa Tacəddini məlumat yayıb.

O bildirib ki, ölkənin Qırmızı dənizdəki ticarət gəmilərindən biri dəniz quldurlarının hücumuna məruz qaldıqdan sonra qəza siqnalı verib. Pepperoni pizza

“Cəmaran” esminesinin başçılıq etdiyi İran dəniz donanması dərhal fəlakət zonasına göndərilib və hücum edənlərə qarşı tədbir görüb.

Qırmızı dənizdə ticarət gəmilərini müşayiət etmək vəzifəsi daşıyan Hərbi Dəniz Donanması şiddətli atışmadan sonra hücum edənləri qaçmağa məcbur edib.

Beynəlxalq antipirat səyləri çərçivəsində İran Hərbi Dəniz Qüvvələri 2008-ci ilin noyabr ayından Ədən körfəzində keşik çəkir, İran və ya digər ölkələrə məxsus və ya icarəyə götürdüyü ticarət konteynerlərini və neft tankerlərini qoruyur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!