Tehranda prezident İbrahim Rəisinin vəfatı ilə əlaqədar hökumət şurasının növbədənkənar iclası keçirilib.
Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bir neçə dəqiqə əvvəl Rəisinin ölümündən sonra birinci vitse-prezident Məhəmməd Müxbirin sədrliyi ilə hökumət şurasının növbədənkənar iclası keçirilib.
İclasda elan edilib ki, “İslam Respublikasının səkkizinci prezidenti Ayətullah Seyid İbrahim Rəisi Xadim ər-Rza Bazar günü axşam təyyarə qəzasına uğradıqdan sonra yüksək şəhadət məqamına nail olub”. pizza mizza
İran hökumət şurasının bəyanatında deyilir: "İran xalqının zəhmətkeş və yorulmaz Prezidenti, ölkənin inkişafı və tərəqqisi yolunda böyük İran xalqına xidmət etmiş, verdiyi vədlərə əməl etmiş və milləti yolunda canını fəda edib".
İran Hökumət Şurası ölümcül helikopter qəzası ilə bağlı “İslam İnqilabının Böyük Rəhbərinə (Ayətullah Xamnəi - red.) və İranın zadəgan xalqına” başsağlığı verib.
Şura həmçinin İran xalqını əmin edib ki, Rəisinin tutduğu “şərəf və xidmət yolu” davam etdiriləcək.
Mesajda dünyasını dəyişən 64 yaşlı prezident haqqında bioqrafik məlumat verilir.
Bundan əvvəl xəbər verilmişdi ki, prezidenti daşıyan helikopter İranın şimal-qərbində, Azərbaycanla sərhədə yaxın ərazidə qatı dumanlı dağlıq ərazidə sərt eniş edib.
Qəzaya uğrayan helikopterdə İran prezidenti ilə yanaşı, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Şərqi Azərbaycan valisi Məlik Rəhməti və Şərqi Azərbaycanın imam-cüməsiMəhəmməd Əli Ali-Haşim də olub.
Telegram kanalımız