İran İsrailin bu ölkədəki bazasına hücum edəcək - İddia

saytların hazırlanması

Evə çatdırılma

İran İsrailin bu ölkədəki bazasına hücum edəcək - İddia

Dünya

13 Aprel 2024 21:03 588


Qırmızı dənizin cənubunda, Eritreya sahillərindəki Dahlak arxipelaqında yerləşən İsrailin xaricdəki ən böyük hərbi bazası İranın əsas hədəflərindən birinə çevrilə bilər. 

Axar.az xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb. 

Məlumata görə, İsrailin Qırmızı dənizin cənub hissəsindən keçən gəmiləri, o cümlədən İrandan gələn neft tankerlərini izləmək üçün istifadə etdiyi Dahlak adalarındakı hərbi-dəniz bazası İran sistemlərinin əhatə dairəsindədir.  Toyuqlu pizza

Bundan əlavə, İran qüvvələri Eritreyadakı ən yüksək dağ olan Amba Mossino dağında yerləşən kiçik İsrail radar bazasına da hücum edə bilər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!