İran kosmosa peyk buraxmağa hazırlaşır

saytların hazırlanması

Evə çatdırılma

İran kosmosa peyk buraxmağa hazırlaşır

Dünya

13 Dekabr 2021 11:45 712


İranın şimalındakı Semnan əyalətində yerləşən İmam Xomeyni kosmodromunun peykdən çəkilmiş görüntüləri mümkün buraxılış hazırlığından xəbər verir.

Yenisabah.az AP agentliyinə istinadla xəbər verir ki, peyk görüntülərini Amerikanın “Planet Labs” şirkəti əldə edib. Onları Kaliforniyanın Monterey şəhərindəki Middlböri Beynəlxalq Araşdırmalar İnstitutunun nəzdində yerləşən Ceyms Martin adına Nüvə Silahlarının Yayılmaması üzrə Tədqiqat Mərkəzinin mütəxəssisləri təhlil ediblər. Qiymətləndirməyə görə, İran kosmosa peyk buraxmağa hazırlaşır.

Mütəxəssislərin fikrincə, şəkillərdən görünür ki, meydança buraxılışda istifadə olunan avadanlıqla təchiz edilib. Üstəlik, son günlər dayanacaqda əvvəlkindən daha çox avtomobil var. Pepperoni pizza

Bundan əvvəl İran hakimiyyəti bir sıra peyklərin orbitə buraxılmağa hazır olduğunu bəyan edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!