İran lideri İsraili hədələdi: Fələstinlilərə qarşı soyqırımı törədilir

saytların hazırlanması

Evə çatdırılma

İran lideri İsraili hədələdi: Fələstinlilərə qarşı soyqırımı törədilir

Dünya

17 Oktyabr 2023 14:02 309


İsrailin Qəzza zolağında fələstinlilərə qarşı cinayətləri davam edərsə, heç kim müsəlmanları və müqavimət qüvvələrini dayandıra bilməyəcək.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İranın ruhani lideri Ayətullah Xamnəi bildirib.

Onun sözlərinə görə, İsrailin Qəzzanı bombalaması dərhal dayandırılmalıdır. Sezar pizza

İran lideri İsraili fələstinlilərə qarşı soyqırım törətməkdə ittiham edərək, cinayətlərinə görə ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu deyib.

Xamnəi qeyd edib ki, mövcud siyasəti amerikalılar hazırlayıb: "ABŞ son cinayətlərə görə məsuliyyət daşıyır".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!