İran parlamentində qapalı iclas: Kəşfiyyat qurumları sui-qəsdlə bağlı hesabat verəcək

saytların hazırlanması

Evə çatdırılma

İran parlamentində qapalı iclas: Kəşfiyyat qurumları sui-qəsdlə bağlı hesabat verəcək

Dünya

04 Avqust 2024 10:56 859


İran parlamentində HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl haniyənin qətli ilə bağlı qapalı müzakirə aparılıb.

Yenisabah.az Didbane Iran-a istinadla xəbər verir ki, bunu İslam Şurası Məclisinin (parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının birinci katibi Yaqub Rzazadə deyib.

Onun sözlərinə görə, sui-qəsd hadisəsindən sonra müvafiq qurumların rəsmiləri, o cümlədən XİN-in Qərbi Asiya və Şimali Afrika üzrə şöbəsinin baş direktoru Şuşətri, Kəşfiyyat Polisinin rəisi Rezaiyan daxil olmaqla, hərbi qurumların iştirakı ilə mövzu araşdırılıb. Sezar pizza

"Bu gün parlamentdə təhlükəsizlik orqanlarının - "Sepah"ın Kəşfiyyat Təşkilatı və İnformasiya Nazirliyinin iştirakı ilə daha bir xüsusi iclas keçiriləcək. Bu toplantıda Haniyənin qətlinin təfərrüatlar aydınlaşdırılacaq və hesabatlar dinlənildikdən sonra cavab tədbirləri müzakirə olunacaq".

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!