İran prezidenti: “Trampdan qisas alınmalıdır“

saytların hazırlanması

Evə çatdırılma

İran prezidenti: “Trampdan qisas alınmalıdır“

Dünya

03 Yanvar 2022 18:17 909


“ABŞ-ın o zamankı prezidenti olan Tramp Qasim Süleymaninin əsas qatili və cinayətkar kimi mühakimə olunmalı, qisas alınmalı və Allah tərəfindən cəzalandırılmalıdır”.

Yenisabah.az IRIB-ə istinadla xəbər verir ki, bunu İran prezidenti İbrahim Rəisi bildirib.

İnqilab Keşikçiləri Korpusu (İİKK) “Qüds” qüvvələrinin sabiq komandanı Süleymaninin ölümünə həsr olunmuş mərasimdə çıxışı zamanı o, “Tramp, Pompeo və digər cinayətkarların ədalətli mühakimə mexanizminin təmin edilməsi” tələbi qaldırıb. Dördpendirli pizza

“O zaman şübhə etməyin, bütün Amerika dövlət xadimlərinə müraciət edərək deyirəm, bu halda qisas ümmətin boynundan düşəcək”, - deyə İbrahim Rəisi ABŞ administrasiyasına ismarış göndərib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!