İran proksi qüvvələrinə ÇAĞIRIŞ ETDİ - İsrailə genişmiqyaslı hücum... 

saytların hazırlanması

Evə çatdırılma

İran proksi qüvvələrinə ÇAĞIRIŞ ETDİ - İsrailə genişmiqyaslı hücum... 

Dünya

14 Avqust 2024 12:34 655


“The Washington Post”un məlumatına görə, İran rəsmiləri İsrailə genişmiqyaslı hücum və HƏMAS lideri İsmayıl Haniyənin qisasının alması ilə bağlı təhdidlərin əksinə olaraq, pərdə arxasında İsrail və ABŞ-ın verəcəyi cavabından narahatdır. 

Musavat.com “Azad İran”a istinadən xəbər verir ki, bu səbəbdən də İranın İsrailə mümkün hücumu apreldəki raket hücumlarından daha kiçik və məhdud ola bilər. 

Bildirilib ki, İran rəsmiləri proksi qüvvələrinin rəhbərləri ilə təkbətək görüşərək onları ehtiyatlı olmağa çağırıblar.  Marqarita pizza

Qəzet adı açıqlanmayan livanlı rəsmiyə istinadən yazıb ki, son görüşlərdə İran nüvə proqramının zərərsizləşdirilə biləcəyindən, ən əsası da İsraillə ABŞ-ın birbaşa ölkənin nüvə proqramına hücum etməsindən narahat olduğunu vurğulayıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!