“İran qaz ixracından 4 mlrd. qazanıb“ - Nazir

saytların hazırlanması

Evə çatdırılma

“İran qaz ixracından 4 mlrd. qazanıb“ - Nazir

Dünya

27 İyul 2022 18:04 826


İranın qaz ixracından əldə etdiyi gəlir şəmsi təqvim ilinin (martın 21-dən başlayır - red.) ilk 4 ayında 4 milyard dollar təşkil edib.

Yenisabah.az "Shana"ya istinadla xəbər verir ki, bunu İranın neft naziri Cavad Ouci deyib.

“Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% çoxdur", - deyə o əlavə edib. pizza sifarişi

Nazirin sözlərinə görə, İran "Azadeqan" yatağının işlənməsinə başlayıb və hazırda bu yataqdan gündəlik 190 min barel neft hasil edilir. Neft Nazirliyi yaxın bir neçə ildə ölkənin müxtəlif maliyyə sektorlarının imkanlarından istifadə edərək hasilatın sutkada 570 min barrelə çatdırılmasına nail olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!