İran səfiri: ABŞ Ermənistan-İran münasibətlərinə müdaxilə etməsin

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri: ABŞ Ermənistan-İran münasibətlərinə müdaxilə etməsin

Dünya

18 İyul 2024 20:30 699


"Bəzi amerikalılar ya yatırlar, ya da qulaqlarında pambıq var. Amerika "Taliban", "Əl-Qaidə" və İŞİD-i yaratdı. Bunların demokratiya anlayışında nə dərəcədə yeri var? Qəzzada 40 mindən çox insan öldürülüb. Onlar kordurlar? Mesajım odur ki, İranla Ermənistanın münasibətlərinə qarışmasınlar".

Yenisabah.az xəbər verir ki, bunu İslam Respublikasının Ermənistandakı səfiri Mehdi Sobhani “Azad Ermənistan” radiosuna verdiyi müsahibəsində deyib.

"Biz Ermənistanın xarici əlaqələrini inkişaf etdirmək qərarına hörmətlə yanaşırıq. Lakin biz kimlərinsə demokratiya və islahatlar bəhanəsi ilə Ermənistan-İran münasibətlərinə müdaxilə etmək, pozmaq, ictimai rəyə təsir etmək istəməsinin əleyhinəyik. Biz istəmirik ki, Ermənistanda elə bir atmosfer yaransın ki, bizə qarşı yalanlar yaysınlar. pizza hut

Erməni xalqı anlayışlı insanlardır və qonşularını tanıyırlar. İran həmişə onların ümid və dəstək mənbəyi olub. İranla Ermənistanın sərhədi həyatın sərhədidir. Bu sözlər erməni xalqının İrana müsbət baxışından üzüldüyünü göstərir", - deyə diplomat vurğulayıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!