İran səfiri Almaniya XİN-ə çağırıldı 

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri Almaniya XİN-ə çağırıldı 

Dünya

20 Avqust 2024 20:20 252


İranın Almaniyadakı səfiri İran hökumətinin Tehrandakı səfirlikdəki Alman Dili Tədqiqatları İnstitutunu bağlamaq qərarı ilə əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. 

Bu barədə jurnalistlərə Almaniya XİN-in nümayəndəsi bildirib. 

“İran səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılır. İranın təhlükəsizlik orqanlarının Tehrandakı Alman Dili Tədqiqatları İnstitutuna qarşı hərəkətlərini pisləyirik. Buna heç cür haqq qazandırmaq olmaz. Biz İranın yeni hökumətini dərhal tədrisin bərpasına icazə verməyə çağırırıq”, - nazirlikdən qeyd edilib.  pizza hut

Qurumdan əlavə olunub ki, dil mübadiləsi qarşılıqlı anlaşmanın əsasını təşkil edir. 

Qeyd edək ki, daha əvvəl İranın ədliyyə məlumatları agentliyi olan “Mizan” Almaniyanın Tehrandakı səfirliyi nəzdində fəaliyyət göstərən Alman Dili Tədqiqatları İnstitutunun ölkə qanunvericiliyinin sistematik şəkildə pozulması və maliyyə fırıldaqlarına görə İran hökumətinin qərarı ilə bağlandığını məlumat vermişdi.//Report 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!