İranın Rusiyadakı səfiri Kazem Cəlali Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzinlə görüşüb.
Yenisabh.az Təsnim-ə istinadla xəbər verir ki, görüşdə iki ölkə arasında regional əməkdaşlıq prosesi nəzərdən keçirilib, habelə Cənubi Qafqaz regionunda baş verən son vəziyyətə nəzər salınıb.
Tərəflər Cənubi Qafqaz regionunun təhlükəsizliyinin və sabitliyinin qorunmasında region ölkələri arasında kollektiv qarşılıqlı fəaliyyətin vacibliyini vurğulayaraq, münaqişələrin həlli məqsədilə 3+3 formatı çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. pizza hut
Telegram kanalımız