İran səfiri Tehrandakı görüşün gündəliyini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

İran səfiri Tehrandakı görüşün gündəliyini açıqladı

Dünya

23 Oktyabr 2023 12:23 296


Tehranda “3+3” formatında keçirilən görüşün gündəliyində regional sabitlik, sülh və təhlükəsizliyin möhkəmləndirilməsi olacaq.

Yenisabah.az Mehr-ə istinadla xəbər verir ki, bunu İranın Rusiya Federasiyasındakı səfiri Kazem Cəlali bildirib.

Onun sözlərinə görə, bununla bağlı məsələlər region ölkələrinin əməkdaşlığı və qarşılıqlı fəaliyyəti ilə və xarici oyunçuların iştirakı olmadan müzakirə və həll edilə bilər. pizza hut

“3+3” formatında ikinci görüş bu gün Tehranda keçiriləcək. İclasda Azərbaycan, Ermənistan, Rusiya, Türkiyə və İranın xarici işlər nazirləri iştirak edəcək. Gürcüstan iştirakdan imtina edib.

“3+3” formatında ilk görüş ötən il Moskvada xarici işlər nazirlərinin müavinləri səviyyəsində və Gürcüstanın iştirakı olmadan keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!