İran ŞƏT qarşısında öhdəliklər götürdü

saytların hazırlanması

Evə çatdırılma

İran ŞƏT qarşısında öhdəliklər götürdü

Dünya

15 Sentyabr 2022 12:39 969


İran Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) öhdəlik memorandumu imzalayıb və bununla da ölkənin təşkilata üzvlüyünə yol açıb.

Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin sözçüsü Yusup Kabuljanov məlumat yayıb.

Kabuljanov bildirib ki, sənədi ŞƏT-in baş katibi Can Min və İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian imzalayıblar. Dominos pizza

ŞƏT-in baş katibi Can Min jurnalistlərə deyib ki, bu həm İran, həm də təşkilat üçün vacibdir. “İranın iştirakçı ölkələr qrupuna daxil olması Şanxay Əməkdaşlıq Təşkilatını gücləndirəcək".

Xatırladaq ki, İranın təşkilata qəbulu proseduru 2021-ci ilin sentyabrında Düşənbədə keçirilən ŞƏT sammitində başlayıb.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!