Pakistan İrana bəzi hərbi təyyarələrini potensial ABŞ hücumlarından qorumaq üçün gizli şəkildə öz aerodromlarında yerləşdirməyə icazə verib.
"Yeni Sabah" CBS News-a istinadla xəbər verir ki, bunu anonim ABŞ rəsmiləri bildirib.
Onların sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın aprelin əvvəlində İranla atəşkəs elan etməsindən bir neçə gün sonra Tehran Pakistanın Nur Xan hava bazasına bir neçə təyyarə yerləşdirib. Yerləşdirilən təyyarələr arasında İranın "RC-130 BBG" kəşfiyyat təyyarəsinin də olduğu iddia edilir. pizza sifarişi
Bundan əlavə, İran bəzi mülki təyyarələri müvəqqəti olaraq Kabilə yönləndirib. Daha sonra, İslamabad və "Taliban" arasında gərginliyin artması fonunda Pakistan hava hücumları başladıqdan sonra təyyarələr İran sərhədi yaxınlığındakı Herat hava limanına yönləndirilib.
Telegram kanalımız