İranın cənubunda 6 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Hörmüzgan ostanının Bəndər Lingə şəhərindən 61 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 10 km dərinlikdə olub. Pepperoni pizza
Zəlzələdə 5 nəfər həlak olub, daha 44 nəfər xəsarət alıb. “Report”un məlunatına görə, bu barədə yerli media hakimiyyət orqanlarına istinadən xəbər verir.
Bundan əvvəl Hörmüzgan ostanının Fövqəladə Hallar Departamentinin rəhbəri Mehrdad Həsənzadə dövlət televiziyasına 3 nəfərin öldüyü və 8 nəfərin yaralandığı barədə məlumat verib.
Telegram kanalımız