İranda daha bir Amerika vətəndaşı həbs edilib.
Yenisabah.az Al-Monitor-a istinadla xəbər verir ki, onun adı hələlik açıqlanmır.
Bu şəxs hazırda İranla məhbusların mübadiləsi üzrə danışıqların mərkəzində durur. Dominos pizza
ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan deyib: “Prezident Bayden prezident ofisinə gəldiyi gündən biz İranda haqsız yerə həbsdə olan 4 məhbusu azad etmək üçün çox çalışdıq. Onların aad edilməsi ilə bağlı razılığa gəlmək üçün İranla bu mövzuda dolayı əlaqəmiz olub. Təəssüf ki, hələ də anlaşma əldə edə bilməmişik.
İranın BMT-dəki nümayəndəliyinin sözçüsü “Al-Monitor”un bu məsələ ilə bağlı şərh verməyib.
Telegram kanalımız