Ayətullah Movəhhədi Kermani 55 səslə Ekspertlər Şurasının sədri seçilib.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, qərar Şuranın altıncı çağırışının açılış mərasimində qəbul olunub.
Ayətullah Məhəmməd Əli Movəhhədi Kermani 83 üzvün iştirakı ilə və 55 səslə seçilib. pizza sifarişi
Şuranın daxili nizamnaməsinə əsasən, o, 2 il müddətinə Ekspertlər Şurasının rəhbəri olacaq.
Xatırladaq ki, bundan əvvəl Ayətullah Əhməd Cənnəti bu kürsünü tuturdu. Ekspertlər Şurasının əsas vəzivəsi İslam Respublikasının Ali Rəhbərinin seçimidir.
Telegram kanalımız