İranda geyim qaydasını pozan kişilər də cərimələnəcək

saytların hazırlanması

Evə çatdırılma

İranda geyim qaydasını pozan kişilər də cərimələnəcək

Dünya

27 Oktyabr 2023 07:59 411


Qadın və Cəmiyyət Düşüncəsi analitik mərkəzinin rəhbəri Əbülfəzl İqbali televiziya proqramında “Hicab və Hiffət Qanunu” layihəsində geyim kodeksinə əməl etməyən kişilərin də cərimələnəcəyini açıqlayıb. Onun sözlərinə görə, kişilər üçün cərimə miqdarı 6-50 milyon tümən (243-2026 AZN) arasında müəyyən edilib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.

“Kişilərin hicabsızlığı qısa şalvarların və bədəni göstərən köynəklərin geyinməsi deməkdir”, - deyə, Əbülfəzl İqbali bildirib. pizza sifarişi

“Məsələn, küçədə velosiped sürən şəxs ayaqlarını göstərən şalvarla gəzirsə, hökumətə 24 milyon tüməndən (972 AZN) 50 milyon tümənə qədər cərimə ödəməlidir”, - hüquq mütəxəssisi və jurnalist Ümid Səlimi qeyd edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!