İranda hərbi bazaya hücum edildi

saytların hazırlanması

Evə çatdırılma

İranda hərbi bazaya hücum edildi

Hadisə

19 İyun 2022 17:59 1095


Tehranın qərbində yerləşən SEPAHA-a məxsus “Şəhid Hemmət” hərbi bazası hücuma məruz qalıb.

Yenisabah.az xəbər verir ki, “Azad İran” teleqram kanalının yaydığı məlumata görə, bu barədə Küveytin “Əl-Qəbəs" qəzeti öz mənbələrinə istinadən yazıb.

Məlumata görə, hadisə cümə günü gecə saatlarında baş verib. pizza mizza

Hücumun hədəfinin ballistik raketlərin, uzaqmənzilli raketlərin layihələndirilməsi və istehsalı ilə məşğul olan tədqiqat mərkəzlərinin olduğu bildirilib. Belə ki, bu yaxınlarda həmin hərbi bazada ballistik raketlərin mühərriki sınaqdan keçirilib.

Güman olunur ki, bu hücum İran ərazisindən və adıçəkilən bazadan 10 km məsafədən qalxan dronlar vasitəsilə həyata keçirilib. Ekspertlər hesab edirlər ki, qeyd edilən dronlar xaricdə hazırlanıb, ayrı-ayrı hissələr şəklində gizli şəkildə İrana keçirilib və ölkədə yığılıb.

Məlumatlı mənbələr xəbər verir ki, şənbə günü İranın müdafiə naziri Məhəmməd Aştitani ciddi təhlükəsizlik tədbirləri altında sözügedən bazaya baş çəkib.Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!