İranda son 24 saatda COVID-19-a yoluxan 24 nəfər vəfat edib.
Yenisabah.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəstəlikdən ölənlərin ümumi sayı 144 min 19 nəfərə çatıb. pizza mizza
Eyni zamanda, İranda son gündə koronavirusda 1095 yeni yoluxma aşkarlanıb. Onlardan 237-si xəstəxanaya yerləşdirilib.
Ölkədə COVID-19 xəstələrinin ümumi sayı 7 534 182 nəfərə çatıb. İndiyədək 7 milyon 309 min 427 xəstə sağalıb.
Telegram kanalımız