İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlandı

saytların hazırlanması

Evə çatdırılma

İranda məcburi hicab qaydaları bəhanəsi ilə geyim saytları bağlandı

Dünya

18 Aprel 2024 21:55 551


İranda məcburi hicab qaydalarının sərtləşdirildiyi və repressiv “Əxlaq polisinin” qadınlara qarşı zorakılığının artdığı bir vaxtda, geyim satışı sahəsində fəaliyyət göstərən bir sıra internet saytları və mağazaların səhifələri bağlanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, sahibkarlara heç bir xəbərdarlıq edilmədən geyim saytları və səhifələr hökumət tərəfindən bloklanıb. pizza sifarişi

Hökumətin bu addımının məcburi hicab qaydalarının icrası planının tərkib hissəsi olduğu bildirilib.

Xatırladaq ki, aprelin 16-da İranın Ali Mədəni İnqilab Şurası keçirdiyi iclasda ölkədə “İslam-İran geyim tərzi” milli sənədini təsdiq edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!