İranın cənub-qərbində Bəndər-Məhşəhr şəhərində neft-kimya zavodunda partlayış baş verib.
Yenisabah.az xəbər verir ki, bu barədə şəhərin meri Fereydun Bandari məlumat verib.
“Ghadir Petrochemical Co.-da partlayış olub. Xoşbəxtlikdən, itki yoxdur”, - deyə o bildirib. Pepperoni pizza
Məmurun sözlərinə görə, yanğının söndürülməsi üçün mütəxəssislər işləyir.
Hadisənin baş vermə səbəbi və digər detalları müəyyənləşdirilir.
Telegram kanalımız