İranda prezident seçkilərinin ikinci turu başladı - Xamenei səs verdi 

saytların hazırlanması

Evə çatdırılma

İranda prezident seçkilərinin ikinci turu başladı - Xamenei səs verdi 

Dünya

05 İyul 2024 08:56 532


İranda növbədənkənar prezident seçkilərinin ikinci turu başlayıb. 

Yenisabah.az xəbər verir ki, seçkilərin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkian və mühafizəkar namizəd Səid Cəlili mübarizə aparır. 

"Tasnim”in məlumatına görə, İranın Ali Rəhbəri Seyid Əli Xamenei prezident seçkilərinin ikinci turunda səs verib.  pizza hut

Qeyd edək ki, birinci turda 42,6 faiz səslə Məsud Pezeşkian liderlik edirdi.

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra ölkədə növbədənkənar prezident seçkilər elan olunub. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!