İranda qadınların geyiminə nəzarət sərtləşir 

saytların hazırlanması

Evə çatdırılma

İranda qadınların geyiminə nəzarət sərtləşir 

Dünya

22 Aprel 2024 13:37 593


İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Tehrandakı komandanı Həsən Həsənzadə qadınlar üçün sərt geyim qaydaları məsələsi ilə bağlı yeni hüquq-mühafizə strukturunun yaradıldığənı bəyan edib. 

Yenisabah.az xəbər verir ki, yeni qurumun əməkdaşları qadınların ictimai yerlərdə hicab geyinməsini “daha ​​məsuliyyətli şəkildə” təmin etmək üçün xüsusi təlim keçiblər. 

2022-ci ilin sentyabrında İranda düzgün hicab geyinmədiyi üçün əxlaq polisi tərəfindən saxlanılan tələbə Məhsa Əminin həbsdə ölməsindən sonra ölkədə kütləvi küçə etirazları başlayıb. Etirazlar bir neçə ay davam edib və son bir neçə onillikdə İranın mühafizəkar rəhbərliyi üçün ən ciddi çağırışlardan birinə çevrilib. Toqquşmalarda yüzlərlə insan həlak olub, minlərlə insan həbs edilib, bir neçə etirazçı edam edilib.  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!