İranın nəhəng ölçülü ilan gündəm mövzuya çevrilib.
Yenisabah.az Fars News-a istinadla xəbər verir ki, avqustun 7-də ölkənin mərkəzindəki Fars əyalətinin neft bölgələrində, Oz dağı yaxınlığında hərəkət edən nəhəng ilan aşkar olunub.
Onun foto və videoları dərhal sosial şəbəkələrdə paylaşılıb. Dominos pizza
Bundan bir müddət əvəlk İranın Gilan əyalətinin Şəft şəhərində nəhəng ilanın göründüyü barədə məlumatlar yayılmışdı. Lakin Şəft şəhəri üzrə Ətraf Mühitin Mühafizəsi İdarəsi Əhmədsər Qorab adlanan ərazidə nəhəng ilan tapılması iddiasını təkzib etmişdi.
Hələlik Fars əyalətinin rəsmiləri bu əyalətdə görünən ilanla bağlı heç bir açıqlama verməyib.
Telegram kanalımız