İranda Təyyarə İstehsalat Şirkəti (HESA) müəssisəsində yığılmış "Simurq" nəqliyyat təyyarəsinin uçuş sınaqları həyata keçirilib.
Yenisabah.az Təsnim-ə istinadla xəbər verir ki, bu barədə Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin rəhbəri Məhəmməd Aştiani məlumat yayıb.
“Bu təyyarənin uçuş sınaqları İranın Mülki Aviasiya Təşkilatının dəstəyi ilə həyata keçirilir, bu mərhələdən sonra “Simurq” təyyarəsi ölkənin təyyarə parkına qoşulacaq”, - deyə nazir vurğulayıb. Dominos pizza
Müdafiə naziri dəqiqləşdirib ki, hazırda bu modelin ikinci təyyarəsi yığılır.
Aştianinin sözlərinə görə, "Simurq"un yaradılması vəzifəsini Müdafiə Nazirliyinə mərhum prezident İbrahim Rəisi həvalə edib. Təyyarənin bəzi hissələri İran daxilində istehsal olunur, digər hissəsinə dair isə Tehran bir sıra xarici ölkələrlə əməkdaşlıq edir.
Telegram kanalımız