İrandakı etirazlar zamanı həlak olan uşaqların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İrandakı etirazlar zamanı həlak olan uşaqların sayı açıqlandı

Hadisə

21 Dekabr 2022 00:57 668


İranda etirazlarda həlak olan şəxslərin sayı açıqlanıb.

Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

Son məlumatlara əsasən bildirib ki, sentyabrın 19-dan dekabrın 19-a qədər olan müddət ərzində İranda keçirilən ümumölkə etirazları zamanı 503 nəfər həlak olub, onlardan 69-u uşaqdır. pizza mizza

Bu müddət ərzində 18 452 etirazçı həbs edilib, onlardan yalnız 3 976 nəfərin kimliyi müəyyən edilib.

Məlumata görə, etirazlar zamanı 652 tələbə həbs edilib.

İranda tələbələrin iştirakı ilə şəhər və universitetlərdə 1 192 genişmiqyaslı etiraz aksiyası keçirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!