İrandan Azərbaycana gələn yük qatarında xeyli narkotik aşkar edildi

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana gələn yük qatarında xeyli narkotik aşkar edildi

Kriminal

17 Yanvar 2025 18:45 238


Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində xüsusilə külli miqdarda narkotik vasitə aşkar edilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, “Cənub Astara” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn yük qatarının platforma və vaqonlarına Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birlikdə gömrük yoxlaması tətbiq edilib. pizza mizza

Yoxlama zamanı vaqonlardan birində gömrük nəzarətindən gizlədilən 3 kq 860 qr narkotik vasitə - marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!