İrandan Azərbaycana keçmək istədi, sərhədçilərimiz atəş açdı

saytların hazırlanması

Evə çatdırılma

İrandan Azərbaycana keçmək istədi, sərhədçilərimiz atəş açdı

Hadisə

23 Avqust 2022 15:23 1107


Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qaçaqmalçılığına qarşı mübarizə sahəsində sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. 

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Yenisabah.az-a bildirilib ki, avqust ayının 22-də saat 20:00-da Füzuli rayonunun Qazaxlar kəndi yaxın­lığın­da yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı 1 (bir) nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə edib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapa­dılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək havaya xəbərdarlıq atəşi açıldıqdan sonra sərhəd pozucusu əlindəki bağlamanı ataraq havanın qaranlıq olmasından və relyefin mürəkkəbliyindən istifadə edərək geriyə İİR istiqamətinə qaçıb. pizza mizza

Ərazidə keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1 (bir) ədəd bağlamada təxmini çəkisi 4 kq 570 qram narkotik vasitəyə (marixuana) bənzər maddə aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!