Dekabrın 14-də Astara rayonunun Alaşa kəndi yaxınlığında narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a DSX-nin Mətbuat Mərkəzindən məlumat yayıb.
Əməliyyat tədbirləri nəticəsində bağlamalarda ümumi çəkisi 11 kiloqram 970 qram narkotik vasitə marixuana, bir ədəd “Glock” markalı tapança, bir ədəd daraq və on iki ədəd patron aşkar olunaraq götürülüb. Marqarita pizza
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Telegram kanalımız