İrandan ümumi çəkisi 62 kiloqram 764 qram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Martın 1-də saat 1 nəfər şübhəli şəxs qismində saxlanılıb. Onun Ağsu rayon sakini, 1986-cı il təvəllüdlü Məmməd Manafov olması müəyyən edilib, üzərindəki bağlamaya baxış zamanı ümumi çəkisi 17 kiloqram 600 qram narkotik maddə marixuana və 1430 ədəd psixotrop tərkibli "Metadon-40" həbi aşkar olunaraq götürülüb. pizza
Martın 2-də Astara rayonu Alaşa kəndi yaxınlığında İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozma müşahidə edilib.
“VAZ-2107” markalı avtombillə uzaqlaşmağa cəhd edən Şirvan şəhər sakinləri Əli Əliyev, Arif Balayev və avtomobilin sürücüsü Kamal Mirzəyev saxlanılıblar. 2 ədəd bağlamada ümumi çəkisi 10 kiloqram 155 qram marixuana aşkar olunaraq götürülüb.
Saxlanılarkən A.Balayev sərhəd naryadının qanuni tələblərinə məhəl qoymayaraq müqavimət göstərib, qaça bilməyəcəyini anladıqa isə üzərində olan bıçaqla özünə xəsarət yetirib. A.Balayevə dərhal ilkin tibbi yardım göstərildikdən sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.
Yenə martın 2-də Yardımlı rayonu Zevin kəndi yaxınlığında ümumi çəkisi 8 kiloqram 609 qram marixuana və 63 qram civənin, Füzuli rayonu Aşağı Yağlıvənd kəndi yaxınlığında ümumi çəkisi 18 kiloqram 400 qram narkotik vasitənin, Astara şəhəri yaxınlığında ümumi çəkisi 7 kiloqram 100 qram narkotik maddə marixuananın dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Telegram kanalımız