randan Azərbaycana narkotik keçirməyə cəhd edən şəxslər saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Dekabrın 24-də saat 23:50-də Yardımlı rayonunun Ostayır kəndi yaxınlığında 4 nəfər naməlum şəxsin İrandan Azərbaycan istiqamətində hərəkəti müşahidə edilib. Sərhəd pozucularından biri Yardımlı rayon Ostayır kənd sakini Rəhimov Xalid Teyyub oğlu saxlanılıb. Sezar pizza
Əraziyə keçirilən baxış zamanı ümumi çəkisi 64 kiloqram 332 qram narkotik vasitə (64 kiloqram 300 qram marixuana, 32 qram tiryək) və 100 ədəd psixotrop tərkibli "Dimenhydrinate 50 mg - Jalinous" həbləri aşkar edilərək götürülüb.
Hadisə yerindən uzaqlaşmağa nail olan cinayətkar dəstənin digər üzvlərinin şəxsiyyətləri müəyyənləşdirilib. Yardımlı rayon sakinləri − Rəhimov Saiq Teyyub oğlu və Cabbarov Cavid Əliisa oğlu və Qasımov Nurlan Fitat oğlu saxlanılıblar.
Telegram kanalımız