İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanılıb.
Yenisabah.az xəbər verir ki, bu barədə "Report"a Dövlət Sərhəd Xidmətindən məlumat yayıb.
Fevral ayının 10-da İmişli rayonunun Qaragüvəndikli kəndi yaxınlığında naməlum şəxsin İran Azərbaycan sərhədini pozması müşahidə edilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 1995-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Xəlilov Şöhrət Oqtay oğlu 10 kiloqram 280 qram narkotik vasitə “marixuana”, 8 ədəd “metadon M-40” və 30 ədəd “namadol” həblərini ölkə ərazisinə keçirməyə cəhd edərkən saxlanılıb. Pepperoni pizza
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Telegram kanalımız