Dövlət Sərhəd Xidməti Xəzər dənizinin cənub istiqamətində İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Yenisabah.az xəbər verir ki, Şirvanlı kəndi istiqamətində və Salyan reydində sənayə üsullu lövbərə bağlanılmış 2 ədəd kisədə ümumi çəkisi 21 kiloqram 660 qram оlаn nаrkоtik mаddə “marixuana” аşkаr olunub.
Bundan başqa, İrandan tütün məmulatlarının gətirilməsinin qarşısı alınıb. Ümumənən 71 ədəd bağlamada (“Marlboro”, “Kent”, “Parlament”, “Milano”) 69 168 ədəd siqaret aşkar edilərək götürülüb. Toyuqlu pizza
Hər iki fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Telegram kanalımız