İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

saytların hazırlanması

Evə çatdırılma

İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı

Siyasət

11 Dekabr 2020 23:47 1201


İranın Ankaradakı səfiri Məhəmməd Farezmend Türkiyə XİN-ə çağırılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə “Haber Global” diplomatik mənbələrə istinadən məlumat yayıb.

Səfir M.Farezmendə İran Xarici İşlər naziri Cavad Zərifin sosial şəbəkə paylaşımı, Türkiyənin Tehrandakı səfiri Dərya Örsün İran XİN-ə çağırılması, Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana qarşı əsassız iddiaların ortaya atılması və beləliklə İranda Türkiyəyə qarşı nifrət kampaniyasının başladılmasına reaksiya bildirilib. pizza sifarişi

M.Farezmendə sözügedən iddiaların bütünlükdə rədd edildiyi, İran tərəfinin Türkiyə ilə bağlı hər hansı bir mövzuda narazılığı olduğu vaxt bunu çatdıra biləcək kanallar olduğu halda, şəxsən İran XİN rəhbəri Cavad Zərifin “Twitter” hesabı vasitəsilə əsassız şəkildə Türkiyəni hədəf almasının qəbuledilməz olduğu qeyd olunub.

Bundan əlavə, sözügedən yanaşma tərzinin Türkiyə ilə İran arasındakı yaxın münasibətlərə də uyğun olmadığı və sadəcə bu münasibətləri pozmaq istəyən dairələrə xidmət edəcəyi vurğulanıb. /Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!