İrandan Rusiyaya tərs şillə: “Ukraynada baş verənlər işğaldır“

saytların hazırlanması

Evə çatdırılma

İrandan Rusiyaya tərs şillə: “Ukraynada baş verənlər işğaldır“

Dünya

11 Mart 2022 14:52 3289


"Ukraynada baş verənlər azad bir əraziyə xarici qüvvələrin təcavüzüdür".

Yenisabah.az "Jamaran News"a istinadla xəbər verir ki, bunu İranın eks-prezidenti Seyid Məhəmməd Xatəmi bildirib.

O əlavə edib: pizza mizza

"Bu acınacaqlı vəziyyətin səbəblərindən asılı olmayaraq, Ukraynada baş verənlər xarici bir qüvvənin azad bir torpağı işğal etməsi, azad və müstəqil yaşamaq istəyən xalqın repressiyaya məruz qalmasıdır".

"Ukrayna xalqı və bütün məzlum xalqlar empatiya və dialoqa başqalarından daha layiqlidirlər", - deyə Xatəmi fikirlərini yekunlaşdırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!