İranın hədəfləri VURULDU: 900 hərbçi təcili hərəkətə keçdi

saytların hazırlanması

Evə çatdırılma

İranın hədəfləri VURULDU: 900 hərbçi təcili hərəkətə keçdi

Dünya

29 Oktyabr 2023 10:04 786


ABŞ-ın İraq və Suriyadakı hərbi qüvvələrinə hücumlar səbəbindən İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və ona bağlı qrupların Suriyanın şərqində istifadə etdiyi iki obyektə hava hücumu təşkil edilib. 

Musavat.com xəbər verir ki, bu məlumatı ABŞ-ın müdafiə naziri Lloyd Ostin açıqlayıb. 

Ostin hücumların ABŞ prezidenti Co Baydenin əmri ilə həyata keçirildiyini bildirib: "Bütün dövlət və qeyri-dövlət təşkilatlarını daha geniş regional münaqişəyə çevriləcək hərəkətlərdən çəkinməyə çağırırıq".  pizza hut

Qeyd edək ki,  Pentaqonun rəhbəri Lloyd Ostin bir neçə gün əvvəl də oxşar bəyanatla çıxış etmişdi. 

Son həftələrdə İraq və Suriyada ABŞ qüvvələrinə qarşı təşkil edilən ümumilikdə 19 hücumda bir ABŞ əsgəri sığınacağında ürək tutmasından ölüb, 21 hərbçi yaralanıb. Ağ Evdən bir gün əvvəl verilən açıqlamada bildirilib ki, Bayden İranın dini lideri Ayətullah Əli Xameneiyə mesaj göndərib və Tehranı Yaxın Şərqdəki ABŞ personalını hədəf almaması ilə bağlı xəbərdar edib. 

Digər tərəfdən, ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi, briqada generalı Patrik Rayder ABŞ əsgərlərinin müdafiəsini gücləndirmək üçün təxminən 900 əlavə personalın Yaxın Şərqə getdiyini açıqlayıb. Bildirilib ki, bu əsgərlər tibbi yardım və partlayıcı maddələrlə mübarizə kimi dəstək vəzifələrini öz üzərinə götürəcəklər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!