İranın İsrailə hücumu nə zaman olacaq? - Ağ Ev bilmir

saytların hazırlanması

Evə çatdırılma

İranın İsrailə hücumu nə zaman olacaq? - Ağ Ev bilmir

Dünya

09 Avqust 2024 12:32 520


ABŞ hakimiyyəti İranın İsrailə dəqiq nə vaxt və necə zərbələr endirməyi planlaşdırdığı barədə məlumatlara malik deyil.

Yenisabah.az “The Wall Street Journal”a istinadla xəbər verir ki, bu barədə mənbələr danışıb.

"Amerika hakimiyyəti İranın aprelin 13-də İsrailə raket və PUA hücumuna qədərki dövrdən fərqli olaraq, İranın yeni cavabının həcmi və vaxtı ilə bağlı heç bir aydın göstəriciyə malik deyil". Toyuqlu pizza

Hazırda Vaşinqton ən son kəşfiyyat məlumatlarına əsaslanaraq, hücumun gələn həftə sonu baş verə biləcəyi rəyindədir.

Mənbələrdən birinin sözlərinə görə, ABŞ hesab edir ki, İran hakimiyyəti hələ də mümkün əməliyyatın planlaşdırılması mərhələsindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!