İranın kəşfiyyat naziri İsrailin dostlarını hədələdi

saytların hazırlanması

Evə çatdırılma

İranın kəşfiyyat naziri İsrailin dostlarını hədələdi

Dünya

26 İyul 2022 21:37 1485


"Ölkəmizin təhlükəsizliyi əleyhinə düşmən üçün yuvaya çevrilmiş hər bir ölkə bilməlidir ki, cavab tədbirlərimizdən amanda qala bilməyəcək".

Yenisabah.az "Mehr"ə istinadla xəbər verir ki, bunu İranın kəşfiyyat naziri İsmayıl Xətib deyib.

"Sionist rejim (İsrail - red.) hər gün bir hadisə ilə üzləşir və bu, müqavimət cəbhəsinin uğurları hesabına baş verir, - deyə o əlavə edib. - Düşmənin sərmayə qoymasına və ölkənin təhlükəsizliyinə qarşı hərtərəfli müharibə kampaniyasına baxmayaraq, ölkəmizin təhlükəsizlik şəraiti əlverişlidir. Hüquq-mühafizə, məhkəmə və kəşfiyyat orqanları arasında əməkdaşlıq əlverişli təhlükəsizlik mühiti yaradıb". pizza

İ. Xətib İranın ölkənin milli təhlükəsizliyini təmin etmək üçün kəşfiyyat tədbirlərinə toxunub:

"Ölkəmizin təhlükəsizliyi əleyhinə düşmən üçün yuvaya çevrilmiş hər bir ölkə bilməlidir ki, cavab tədbirlərimizdən amanda qala bilməyəcək".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!