İranın neft satışı artıb - Hesabat

saytların hazırlanması

Evə çatdırılma

İranın neft satışı artıb - Hesabat

Dünya

18 Aprel 2024 13:29 437


2024-cü ilin I rübdə İrandan neft ixracı 2018-ci ilin iyul-sentyabr aylarından bəri ən yüksək səviyyəyə çatıb.

Yenisabah.az Financial Times-a istinadla xəbər verir, ixrac gündəlik 1,56 milyon barel həcmində olub.

İranın 2024-cü ildəki satışının demək olar ki, hamısı Çinə gedib. pizza hut

Çinin ümumi neft idxalının təxminən onda biri İranın payına düşür və Tehrana qarşı aqressiv sanksiyaların tətbiqi təkcə neft bazarında deyil, həm də Pekin və Vaşinqton arasında münasibətlərdə sabitliyi poza bilər.

2023-cü ildə İran neftini nəql etmək üçün istifadə edilən gəmilərin sayı təxminən 20% artaraq 253-ə, 2 milyon barelə qədər daşıya bilən supertankerlərin sayı isə 2021-ci ildən iki dəfə artıb.

İranın neft naziri Cavad Oci mart ayında neft ixracının ötən il ölkə iqtisadiyyatına 35 milyard dollardan çox gəlir gətirdiyini bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!