İranın yük təyyarəsi 5 gündür İrəvana silah daşıyır? - Xəritə

saytların hazırlanması

Evə çatdırılma

İranın yük təyyarəsi 5 gündür İrəvana silah daşıyır? - Xəritə

Dünya

05 Aprel 2024 08:41 1032


İran Hava Yollarına məxsus Boinq-747 yük təyyarəsi 29 martdan 4 aprel tarixinə qədər 5 dəfə İrandan İrəvana gəlib.

Axar.az bu barədə təyyarə uçuşları haqda məlumatın əks olunduğu "Flightradar24"-ə istinadən xəbər verir.

İR4705 bort nömrəli təyyarə 29 martda 12:10-da, 30 martda 14:03-də, 2 apreldə 05:48-də, 3 apreldə 07:32-də, 4 apreldə 12:29-da İrəvana uçub. Marqarita pizza

Səfərlərin üçünün Təbriz yaxınlığından - Sarabdan, ikisinin isə Tehrandan həyata keçirildiyi radarlarda əksini tapıb.

Ehtimal edilir ki, təyyarə SEPAH-ın Sarabdakı hərbi bazasından qalxıb.

Belə ki, bu təyyarə əvvəllər İran İnqilabı Keçikçiləri Korpusunun (SEPAH) istifadəsində olub. Hava nəqliyyatı əsasən silah daşımaq üçün istifadə edilib.

Onun İrəvana nə daşıdığı haqda məlumat yoxdur.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!